Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


11.02.2018  12:07 

Çaylarda suyun səviyyəsi azalıb?





A+  A-

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 sm (2017-ci il fevralın 09-da 464 sm), Şirvanda 229 sm (2017-ci il fevralın 09-da 329 sm), Salyanda 193 sm (2017-ci il fevralın 09-da 311 sm), Bankədə 189 sm (2017-ci il fevralın 09-da 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 102 sm (2017-ci il fevralın 09-da 180 sm) təşkil edir.




Xəbər 3011 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +