Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


27.04.2017  10:21 

5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək





A+  A-

Azərbaycanda müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedəcəklər.
XəzərNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qaydaya əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır. Marşrut taksi rejimində işləyən avtobuslarda uşaq biletləri tətbiq edilmir və ayrıca yer tutan uşağa müəyyən olunmuş tarifin tam həcmində gediş bileti alınır.

Dəyişikliyə əsasən, bundan sonra şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malik olacaq.

Yəni şəhərdaxili (rayondaxili) avtobuslarda 5 yaşadək uşaqların ödənişsiz gedişi ilə bağlı say məhdudiyyəti qoyulmayacaq.

Xəbər 3117 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +