Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib


28.12.2022  16:38 

“Optimal Elektronika”nın direktorun ölkədən çıxşına “stop” qoyulub





A+  A-

"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulub.

XəzərNews.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhəd Əsgərovun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılaraq, onun ölkədən çıxışına "stop” qoyulub.

Əldə etdiyimiz digər məlumata görə, iş adamının təsisçisi olduğu "Stentor" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 23 min 752 manat 6 qəpik borcunu ödəsə də, yerli və xarici şirkətlərə olan milyonlara manat borcu aylardır ödəyə bilmir.

Son bir ildə 82 filialından 39-u bağlanan "Optimal Elektronika” MMC-nin aylardır işçiləri də maaşların ala bilmir. Əməkdaşların 70 faizi işdən çıxsa da, bir neçəsi əmək haqqlarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bəzi işçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı "Optimal Elektronika” MMC-yə müraciət etdik. Şirkətdən məhkəmə işlərinin olduğu təsdiqlənsə də, sorğumuza daha ətraflı yaxın vaxtlarda cavab verəcəklərini bildirdilər.

Xəbər 2464 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +