“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


23.06.2022  16:50 

Poçt bağlamasında narkotik vasitə aşkarlandı





A+  A-

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə poçt vasitəsilə ölkə ərazisindən qanunsuz olaraq narkotik vasitələrin göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

XəzərNews.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Daxil olan məlumat əsasında sürətli poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən, ümumi çəkisi 8,45 kq olan poçt bağlaması saxlanılıb.

Bağlamaya əvvəl “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq olunub və xidməti it poçt bağlamasına reaksiya verib. Bundan sonra qanunvericiliyə uyğun olaraq poçt daşıma şirkətinin əməkdaşının və hal şahidlərinin iştirakı ilə yoxlanılan poçt bağlamasından 1 ədəd boz rəngli çarpayı üçün qızdırıcı döşək, 1 ədəd kişi şalvarı və 2 ədəd kişi köynəyi aşkar edilib.

Daha sonra qızdırıcı döşəyin tikişləri sökülüb və içərisində tünd rəngli döşəyin üzərinə hopdurulmuş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş açıq qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Aparılan ekspertiza tədqiqatına əsasən təmiz xalis çəkisi 402 qram olan tünd qəhvəyi rəngli həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryək olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2844 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +