“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


11.10.2018  23:51 

Bu il 40 mindən çox nikah qeydə alınıb





A+  A-

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.
XəzərNews.az-ın məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.

Xəbər 3269 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +