Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik
Mirziyoyev: "Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir"
15 dekabr - Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunsun
“Hicaz” toyuğunun içindən nələr çıxdı
Köçkünlərin Bakıdakı evləri kimlərə verilir?


29.09.2025  11:45 

Avtobus və metroda GEDİŞ HAQQI artırıldı - RƏSMİ





A+  A-

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda yeni sərnişindaşıma tariflərini elan edib.

XəzərNews.az xəbər verir ki, tarif dəyişikliyi "2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

Qərara əsasən, 1 oktyabr 2025-ci ildən etibarən metroda bir gediş haqqı 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş sistemi ilə işləyən avtobus marşrutlarında isə gediş haqqı məsafədən asılı olaraq minimum 60 qəpik olacaq.

Yeni tariflər yalnız elektrik və CNG ilə işləyən avtobuslara, eləcə də 2025-ci ildən sonra istehsal edilən dizel avtobuslara şamil olunacaq. Dəyişiklik ilkin mərhələdə Bakının marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə uyğun olmayan marşrutlarda qiymətlər dəyişməyəcək.

Nazirliyin məlumatına görə, bu dəyişiklik daşıyıcıların maliyyə sabitliyini artırmaqla yanaşı, avtobus parkının yenilənməsini sürətləndirəcək və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq edəcək.

Xəbər 1944 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı

07.10.2025  10:10 

Ruslar Poltava və Sumını vurdu


BÜTÜN XƏBƏRLƏR +