Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


07.06.2023  11:50 

Nazir müavini qiymət artımından danışıb





A+  A-

“2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiyanın 7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 8,6 % olacağı proqnozlaşdırlır: “İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB-in inflyasiyanın azaldılması istiqamətində keçirdiyi tədbirlər və hökumətin anti-inflyasiya tədbirləri nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır. AMB tərəfindən 8,9 % rəqəmi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur. Bunu aydınlaşdırmaq istərdim”, - deyə E.Əliyev vurğulayıb./“Qafqazinfo”

Xəbər 1267 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +