Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?


26.11.2021  12:33 

Bədəni qəlpələrlə doludur, ayağında dörd şrupla mil qoyulub, əlillik ala bilmir





A+  A-

“Ayağımdan, qolumdan yaralanmışam, gözümdə çəplik var, ayağımda qolumda, üzümdə qəlpələr var, ayağıma dörd şrupla mil qoyulub, bununla belə, mənə əlillik təyin etmirlər”.

Ucarın Qazıqumlaq kəndində yaşayan 26 yaşlı Sahib Şəkərəliyev İkinci Qarabağ Müharibəsi qazisidir.

XəzərNews.az Meydan Tv-yə istinadən xəbər verir ki, o ötən il sentyabrın 21-də səfərbərliyə cəlb edilməsi üçün könüllü müraciət edib.

Sentyabrın 27-də başlanan müharibənin ilk günündən döyüşlərdə iştirak edib. 3 gün sonra Tərtər-Agdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə yaxınlığına düşən minamyot qəlpələrindən yaralanıb. Əvvəl Tərtər xəstəxanasına, oradan Bərdə xəstəxanasına götürülüb, yaraları ağır olduğuna görə oradan da Gəncə Beynəlxalq Xəstəxanasına göndərilib. Sol qolunda və sol ayağında iki dəfə cərrahiyyə əməliyyatı aparıldıqdan sonra məzuniyyətə göndərilib. 8 ay yataqda qalıb. Sonra Bakıdakı Hərbi Hospitalına göndərilib, burada onun ayağında üçüncü əməliyyat aparılıb, ayağına mil qoyulub.

“Ayağımda mil aparatıyla Bakıya getdim, amma…”

Sahib Şəkərəliyev bir neçə ay əvvəl xəsarətləri, keçirdiyi əməliyyatlarıyla bağlı sənədlərini Ucar Rayon Mərkəzi Xəstəxanasına təqdim edib. Avqustun 18-də onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriblər. Oradan qaziyə bildirilib ki, sənədləri Tibbi Sığorta Agentliyinə göndəriləcək, nəticə barədə ona məlumat veriləcək.

Bir ay sonra Sahib Şəkərəliyevə zəng vuraraq Tibbi Sığorta Agentliyindən cavab gəldiyini və onun sənədlərini Əlillərin Bərpa Mərkəzinə göndərdiklərini bildiriblər:

“Bir müddət də keçdi, mənə Əlillərin Bərpa Mərkəzindən zəng oldu, bildirdilər ki, gəlib əyani müayinədən keçməlisən. Dedim ki, mən yataqdan təzə qalxmışam, əməlli gəzə bilmirəm, ayağımda mil aparatı daşıyıram, bütün sənədlərim qarşınızdadır, mənim bu boyda yolu ora gəlməyimin nə adı var? Dedilər, yox, əyani müayinə vacibdir. Mən də getdim Bakıya. Əlillərin Bərpa Mərkəzində komissiyadan keçdim, kəllə-beyin travmam, bədənimdəki, üzümdəki qəlpələr, qolumda, ayağımda əməliyyatlar… Bütün məlumatlar qarşılarındaydı. Dedilər, get, uzağı iki həftəyə sənə telefonla mesaj göndəriləcək. Gəldim kəndə, gözlədim, vaxt tamam oldu, mesaj gəlmədi. Tibbi Sosial Ekspert Komissiyasının saytına girdim, baxdım ki, mənə imtina verilib”.

“İşləyə bilmirəm, ailəmin yanında vicdan əzabı çəkirəm”

Sahib Şəkərəliyev deyir, müharibədən bu tərəfə heç bir dövlət qurumu qapısını döyməyib, vəziyyətiylə maraqlanmayıb, indiyədək dövlətdən bir manat da maddi dəstək görməyib. İki azyaşlı övladını bundan sonra necə dolandıracağını da bilmir:

“Müharibəyədək işləyib ailəni özüm saxlayırdım. İndi 2 və 3 yaşında olan iki balamın tələbatını ödəyə bilmirəm, ailəmin yanında vicdan əzabı çəkirəm. Əlillik pensiyasına çox ehtiyacım var. Çünki əmək fəaliyyətiylə məşğul ola bilmirəm, kastırla birtəhər hərəkət edirəm, qalmışam evin bir küncündə… İndiki durumda əlillik pensiyasına çox ehtiyacım var, çünki dərmanlarımı da ala bilmirəm. Heç olmasa pensiyayla uşaqlarımı dolandıraram, dərmanlarımı alaram. Başqa yolum yoxdur, icra hakimiyyətimizə, deputatımıza müraciət edirəm ki, gedib müharibədə yarımcan olub gəlmişəm, balalarımı dolandıra bilmirəm, mən nə edim? Hərəsi bir qutu ərzaq verir ki, get dolan…”

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Tibbi Sosial Ekspert Komissiyasından alınan cavabda Sahib Şəkərəliyevin əlavə müalicəyə ehtiyacı olduğu qeyd edilib. Əlavə müalicələr aldıqdan sonra yenidən komissiyaya müraciət edə bilər.


Xəbər 3279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +