Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?


25.03.2025  15:33 

Ailəsi 13 yaşında ana olan qızdan imtina etdi





A+  A-

Son günlər Ağcabədidə 13 yaşlı bir qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb.

XəzərNews.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial mediadakı hesabında paylaşıb.

"Məhkəmənin hökmü ilə, cinayətə görə, pedofilə 6 il azadlıqdan məhrum edilmə cəzası verilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb. Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Bu, valideynlərin məsuliyyətsizliyinin və uşaqların təhlükəsizliyini qorumaq və hüquqlarını müdafiə etmək öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir", - deyə o qeyd edib.

K.Ağazadə bildirib ki, pedofilin qaynanası qızın öz evlərində qalacağını və gedə bilməyəcəyini deyir: "Bu şəraitdə qızın müdafiə hüquqları necə qorunur?".

Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir.

"Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək ört-basdır edir? Bu cür məsələlərdə qanun pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib", - deyə paylaşımda qeyd olunub.


Xəbər 4031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +