7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


06.10.2025  14:16 

"Ərim mənimlə eyni yatağı paylaşmır"





A+  A-

Psixoloq Samirə Bağırova açıqlaması yenidən müzakirələrə səbəb olub.

XəzərNews.az milli.az-a istinadla xəbər verir ki, onun ailə-uşaq mövzusu barədə fikirləri diqqət çəkib.

Bağırovanın söylədikləri isə belə olub:

"Böyüklər deyirlər ki, bizim vaxtımızda belə şeylər yox idi. Keçmişlə müqayisə etmək çox yalnışdır. Sizin vaxtınızda hər şey başqa idi, indi fərqli. Müəyyən milli mentalitet və ənənələrin olduğunu anlayıram. Bu gün informasiya çoxdur və hər kəs oyanıbdır. Valideyn xətrinə, özünü cəmiyyətə sübut etməkdən ötrü evlənirlər. Belə deyirlər ki, ərə getdin, o sənin ərin, o da sən. Özün bilərsən, geri qayıtma. Əsas da xanımlara elə baxılır ki, təki səni ağ gəlinliklə evdən yola salım, nə problemin oldusa, özün həll et.

Yeni evlənənlərin arasında ən çox şikayət budur: Xanım deyir, yoldaşımın evi var, hədiyyə də alır, hər şey qaydasında. Ancaq ərim mənimlə yatağı paylaşmır. Mən ona səbəbi bildirikdə isə acığına gəlir. Keçmişdə belə şey barədə danışılmazdı. Heç informasiya da yox idi. Belə də olmalı olduğunu düşünürdülər. Kişi də, qadın da ehtirasının hansı səviyyədə olmasını bilmirdi. Bu gün uşaqları tərbiyə edən əsas cəmiyyətdir, çünki mobil telefon var. Mən kiməm sualı var. Hər kəs öz kimliyinin axtarışına çıxır. Bunun içində psixoloji halı, seksual tərəfi, hər bir şey var. Qanunda 18 yaşında tam hüquqlu şəxsdir. Dini tərəfdən baxsaq, uşaq əmanətdir və onu həyata hazırlamalısan. Bu yaşında həyata atılır. Oğlanlar əsgər gedir. Deyirlər ki, tezdir. Əslində onu bu zamana qədər hazırlamalısan. Bizdə hətta 10-11 yaşlı uşağa belə səni kələmin içindən çıxarmışıq, mağazadan almışıq deyirlər".

Xəbər 3262 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +