Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.03.2024  10:20 

Pərvin “Təhminə”ni oynamaq istəyir





A+  A-

“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim Təhminə obrazıdır. Özümü Təhminə obrazında görürəm. Onu qınamıram”.

Xəzərnews.az olay-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Dəyişən cavab" verilişində danışıb. Sənətçi Anar Ağakişiyevin "Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM" ifadələrinə diqqət çəkən cavab verib:

"Məncə, Kənan MM "Təhminə" filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə "Təhminə və Zaur" serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.

O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm", - deyə, Abıyeva bildirib.

Xəbər 3347 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +