Putin Ukrayna konfliktinə son qoymaq istəyir -Tramp
Tramp-Zelenski arasında görüşü keçirilir - Foto/Yeniləndi
Rusiyada güclü partlayış
Klub prezidenti öldürüldü -FOTO
Finlandiyadan bu ölkəyə milyonluq yardım...
Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?
İcra başçısı olacaq?
Mehriban Əliyeva Roma Papası ilə görüşüb -FOTO
Evlərində axtarış aparılıb
Mehdiyevlərin ölkədən çıxışına qadağa qoyuldu


25.08.2022  10:48 

Həyətdə qumbara partladana cinayət işi açılıb





A+  A-

Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb.

XəzərNews.az Sabunçu Rayon Prokurorluğuna istinadən xəbər verir ki, avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşahı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğun məlumat daxil olub.

1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib.

Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Xəbər 3074 dəfə oxunub.



17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +