Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...


05.05.2022  09:47 

Azərbaycanda jurnalistlərlə bağlı 60 insident baş verib





A+  A-

Bu ilin ilk 4 ayında Azərbaycanda jurnalistlərlə bağlı azı 60 insident baş verib.

Buraya peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə basqılar, jurnalistlərin məhkəməyə çəkilməsi, cərimə olunması, cinayət işinin açılması, ölkədən çıxışa yasaq qoyulması, məhkəmə proseslərindən bilgi toplanmasına imkan verilməməsi, prokurorluğa çağırılıb sorğu-sual edilmələri və s. olaylar daxildir.

Mayın 3-ü dünyada Mətbuat Azadlığı Günü kimi qeyd edilir.

Media hüququ üzrə mütəxəssis Xalid Ağəliyevin həmin gün Azərbaycanda jurnalistlərin və medianın durumu ilə bağlı açıqladığı məlumatda belə deyilir.

Bildirilir ki, insidentlərdən əziyyət çəkənlər – Ələkbər Azayev, Əminə Məmmədova, Fikrət Fərəməzoğlu, Sevinc Vaqifqızı, Anar Qaraxançallı, Fatimə Mövlamlı, Əvəz Hafizli, Sevinc Sadıqova, Səadət Cahangir, Polad Aslanov, Cəmil Məmmədli, Nərgiz Absalamova, İlkin Muradov, İmran Əliyev, Vasif Həsənli, Zahir Amanov, Taleh Şahsuvarov, Cavid Şirəliyev, Günel Əliyeva, Vüsalə Nəciyeva, Nurlan Qəhrəmanlı və başqaları olub.

İnsidentərin az qala hamısında qarşı tərəf rəsmilər olub.

Hüquqşünas bildirib ki, son 4 ayda nəzərəçarpan trend diffamasiyaya görə məhkəmə çəkişmələrinin artmasıdır:

“4 ayda belə şikayət və iddiaların sayı 10-u ötüb. Ötən il ərzində belə iddia və şikayətlərin sayı 13 olub. Məhkəmələrin belə işlərlə bağlı hökm və qərarlarının, demək olar ki, hamısı əsaslandırılmamış olub”.

“Məsələn, Cəmil Məmmədlinin işində mübahisə predmeti olan məzmun, 200 vətəndaşın ifadəsi ilə bağlıdır (İH başçısı maaş yazıb, mənimsəyib). Ancaq məhkəmə 200 nəfərdən birinin belə ifadəsini dinləməyə lüzum görməyib. Jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə maneçilik yaradılmasından verdikləri 20-yə yaxın şikayətin heç biri təmin edilməyib, şikayətlərinin əsassız olduğu qərarı verilib”, – deyə o bildirib.

Xalid Ağəliyev bildirib ki, 4 ayda jurnalistlərin tərəf olduğu işlərdə dövlət qurumları, məhkəmələr 40-dan artıq qərar qəbul edib. Onlardan 3-ü jurnalistlərin xeyrinə olub:

“Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması tələbi təmin olunmayıb. Vasif Həsənliyə, Cavid Şirəliyevə qarşı xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub”.

Azərbaycanda 2005-ci ildə evinin önündə odlu silahla qətlə yetirilən “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun cinayət işi indiyədək açılmayıb.

Xəbər 3624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +