Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


17.11.2022  10:30 

“Talimatı Hacı adlı şəxsdən almışam” - Terrorçu





A+  A-

İstanbul Taksimdə 6 nəfərin ölümü ilə nəticələnən terror aktını həyata keçirən Suriyalı terrorçu Əhlam Albəşir vəkilin iştirakı ilə verdiyi ifadəsində “Talimatı Hacı adlı şəxsdən almışam” deyib. O, İstiqlal küçəsində 41 dəqiqə oturduqdan sonra ona telefonla zəng edib “Get” əmrini verənin “Hacı” kod adlı şəxsin olduğu ortaya çıxıb.

XəzərNews.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmada Albəşirin vəkilinin iştirakı ilə ifadəsi alınıb.

Albəşir açıqlamasında Türkiyədə yüksək səviyyəli kəşfiyyat adlandırılan qurumda fəaliyyət göstərən PKK/KCK/PYD/YPG terror təşkilatının Hacı kod adlı üzvü tərəfindən aksiya keçirmək üçün Türkiyəyə göndərildiyini bildirib.

Ortaya çıxan görüntülərdə saat 15.30-da İstiqlal küçəsində banka gələn Albəşir 41 dəqiqə orda oturub. 41 dəqiqəlik gözləmənin sirri də istintaqda üzə çıxıb. Məlum olub ki, Albəşir skamyada əyləşərkən ona telefonla zəng edən təşkilat rəhbərlərindən biri “Çantanı burax, get” deyib.

Albəşir ifadəsində “Çantanı burax get get” deyərək ona zəng edən şəxsin də kod adı Hacı olan təşkilat üzvü olduğunu bildirib.

Görüntülərdə Albəşir saat 15.17-də Taksim meydanından İstiqlal küçəsinə doğru gedir. Saat 15.30-da bel çantasında bomba olan qadın partlayış baş verən skamyada oturur və saat 16.11-ə qədər bu skamyadan heç vaxt ayrılmır. Saat 16.11-də terrorçu çantasını qoyub skamyadan uzaqlaşır. Partlayış saat 16:14-də baş verir. Bu zaman terrorçu Taksim meydanına doğru qaçır.

İsmayıl
XəzərNews.az


Xəbər 2252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +