Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


20.08.2020  10:32 

Xınayaxdı keçirmək istəyən qudalar məhkəməlik oldu





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına xınayaxdı mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisin təşkilatçısı olan İ.Nuriyev və onun qudası Lənkəran sakini M.Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Xəbər 3309 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +