Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


09.02.2017  14:31 

“Bu institutlarda arzulanan mühit yoxdur”





A+  A-


“Hələ ki, arzulanan mühit yoxdur.  Amma düşünürəm ki, bu institutlar gələcəkdə fayda verə bilərlər”.

XəzərNews.az bildirir ki, bunu Modern.az saytına açıqlamasında deputat Fazil Mustafa AMEA-nın humanitar yönümlü institutlarının faydalı iş əmsalından, onların elm və dövlətçiliyə verdikləri töhfələrdən danışarkən qeyd edib.

Dövlətçilik, milli-tarixi kökənlər haqqında araşdırmaların müəllifi olan Fazil Mustafa bu profilli institutların da işlərinin çətin olduğunu bildirib. O, həmçinin, bu kimi institutların hazırki fəaliyyətlərindən daha yüksək səviyyədə iş aparmaq imkanlarının olduğunu da qeyd edib:

“Bu istiqamətdə bir sıra təşəbbüslər var. Amma hazırda onları həyata keçirmək çətindir. Əsas mənbələrin böyük əksəriyyəti araşdırılıb. Yeni mənbələrin araşdırılmasında isə bir sıra problemlər var. O sahənin mütəxəssisi olmadığım üçün konkret nəsə deməkdə çətinlik çəkirəm. Düşünürəm ki, bu işləri daha yüksək səviyyədə aparmaq imkanları var. Gərək, potensiyallarından  doğru istifadə etsinlər”.

Qeyd: Modern.az AMEA-nın humanitar profilli institutlarının -Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folkor İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti, cari ildə gördükləri işlər barəsində silsilə yazılar təqdim edəcək.



Xəbər 3076 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +