“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


06.02.2017  17:31 

Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşdi





A+  A-


Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib.

XəzərNews.az bildirir ki, bu barədə “Report”a Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov məlumat verib.

Onun sözlərinə görə, yeni təhsil müəssisəsinin inzibati binası fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin əvvəlki binası olacaq.

S.Gözəlov vurğulayıb ki, Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti olub.

Nazirlik rəsmisi xatırladıb ki, qış imtahan sessiyasından sonra Qafqaz Universitetinin bütün tələbələrinin bir universitetdə - Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.



Xəbər 2986 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +