Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


25.10.2023  11:09 

Valideynlər mobil cihazlardan istifadəni zərərli hesab edir





A+  A-

Rusiya məktəblərində mobil telefonlardan istifadə qanunla tənzimlənəcək. Dövlət Dumasının deputatları bununla bağlı qanun layihəsi hazırlayıblar.

Xəzərnews xəbər verir ki, keçirilən sorğu nəticəsində respondentlərin 85%-i uşaqların sinifdə telefondan istifadə etməsini zərərli hesab edib.

“Hamımız uşaqlarımızın təhlükəsiz təhsil mühitində olmasını istəyirik. Uşağımızın əlinə onun üçün zərərli olan şeyləri verməyə ehtiyacımız yoxdur. Valideynlər övladlarını niyə məktəbə göndərirlər? Öyrənsin, bilik qazansın və faydalı işlər görsün. Təbii ki, telefonlar vaxt aparır, diqqəti yayındırır, təhsilin keyfiyyətini aşağı salır, materialın qavranılmasına pis təsir edir. Biz böyüklər uşaqların məktəbdə diqqətini bilik və faydalı bacarıqlara yiyələnmələrinə şərait yaratmalıyıq”, - deyə Dövlət Dumasının Təhsil üzrə Komitəsinin sədri Olqa Kazakova bildirib.

Respondentlər mobil cihazlardan istifadə zamanı uşaqların təhsilinin və sağlamlıqlarının pisləşməsi, valideynlə uşaq arasında ünsiyyətin azalması, müəllimlərin suallarına cavab verməməsi, testlərdən keçə bilməməsi və inkişaflarında ləngimənin baş verməsi kimi zərərli halları qeyd ediblər.

Təranə
Xəzərnews


Xəbər 2206 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +