Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir


30.03.2023  16:26 

Deputat İran rejimini ittiham etdi





A+  A-

“Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri də müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır”.

XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat xatırladıb ki, Azərbaycan müstəqilliyini bərpa edən zaman ölkədə 18 məscid mövcud idi. Hazırda Azərbaycanda 2253 məscid, 748 pir və ziyarətgah, 16 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir.

"Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 993 dini icma qeydiyyatdan keçib ki, onlardan 956-ı İslam, 37-i qeyri-islam qurumudur. Həmin icmalardan 26-ı xristian, 8-i yəhudi, 1-i krişna, 2-i bəhai icmasını təmsil edir. Onu da qeyd etmək lazımdır ki, hazırda bəzi dövlətlərin, o cümlədən İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəsinə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur. Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Öz növbəsində Azərbaycanın müvafiq dövlət qurumları ölkəmizdə dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir”, - deyə C.Məmmədov vurğulayıb.

Xəbər 2541 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +