Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


28.03.2023  11:09 

“Gülləni xəstəxanada çıxarıb apardılar, guya belə bir şey olmayıb...” - Video





A+  A-

Saatlıda susuzluğa görə etiraz aksiyasına çıxan Abuzər Soltanov güllə yarasından sonra səndələyərək yeriyir.

XəzərNews.az Meydan TV-yə istinadla xəbər verir ki, o, polisin yaxın məsafədən ayağına rezin gülləylə vurduğunu bildirir.

“Gülləni xəstəxanada çıxarıb apardılar, guya belə bir şey olmayıb, mənə güllə dəyməyib. Gülləni yoxa çıxartdılar”, - A. Soltanov deyir.

Yolu ona görə bağlamaq istəyirdik ki, cənab İlham Əliyev görsün, biz susuzluqdan yanırıq, qırılıb batırıq. Lakin bizə imkan vermədilər. Bizə gözyaşardıcı qaz atdılar, dubinka ilə vurdular. Mənə də rezin güllə ilə atəş açdılar. Dedik, ya bizi öldürün, ya da suyumuzu verin. Onlar dedi, öldürmək lazımdır. Bizi güllələdilər. Dedilər, ölməyiniz yaxşıdır”, - Saatlı sakini bildirib.

Abuzər Soltanov deyir ki, etiraz etsələr də, kəndlilərin su problemi həllini tapmayıb. Suyun qarşısı süni əngəllər yaradılaraq kəsilib məmurların şirkətlərinə yönəldilir. Nəticədə onların susuz qalmış əkin sahələri ziyan olur.



Martın 13-də Saatlıda susuzluqdan əziyyət çəkən əhali aksiya keçirərkən polisin müqavimətiylə üzləşib. Kəndlilər deyir ki, polis 3 iştirakçıya rezin gülləylə atəş açıb. Daxili İşlər Nazirliyinin sözcüsü Elşad Hacıyev bildirib ki, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozduğundan polis onlara qarşı “xüsusi vasitələrdən” istifadə etməli olub.

Xəbər 2428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +