Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


28.03.2023  11:00 

“Başqa oğlanı özümə toxundurub, haram eləməkdənsə...“





A+  A-

Bir neçə həftə əvvəl Şəkidə "Xan sarayı"nda "Olsun" adlı mahnısını ekranlaşdıran müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.

Sənətçi sözügedən klipində sevgili obrazında çəkilən həyat yoldaşı Eşqin Cəlilovdan söz açıb.

"Niyə ekran işində məhz həyat yoldaşınız çəkilib?" sualına Aysun belə cavab verib:
"Klipdə sevgili obrazı olmalı idi. Mən də başqa kişi ilə çəkilmək istəmədim. Bu ola bilməz. Klipdə, filmdə olsa da, xeyri yoxdur. Başqa oğlanı özümə toxundurub, haram eləməkdənsə, öz həyat yoldaşımı çəkərəm, halal olar. Mən kişilərlə əl-ələ görüşmürəm. Uzaqdan salamlaşıram. Bu isə həm özümün istəyidir, həm də həyat yoldaşım buna icazə verməz".

Müğənni bildirib ki, hər yerə onu həyat yoldaşı Eşqin aparıb-gətirir:

"Eşqinin ayağı mənə düşərlidir. Onsuz bir günüm olmasın. Ərim iş adamıdır. Avtomobil idarə edə, sürücü ilə də gəzə bilmirəm. Buna görə də hər yerə məni aparır-gətirir. Eşqin artıq şou-biznesə öyrəşib".

Saçlarını sarıya boyadığına görə izləyicilərin tənqidi ilə qarşılaşan Aysun onların cavabını da verib:

"Saçlarımı sarıya boyadım. Bundan sonra sosial şəbəkələrdə izləyicilər onları yenidən qara rəngə boyamağımı yazdılar. Amma sarı saç mənim ən sevdiyimdir. Uzun illər idi ki, onları yandırmadan sarı rəngə boyamağa çalışırdım. Bir də ki, həyat yoldaşım sarı saçı sevir. Neyləyim?!"/bizim media

Xəbər 2642 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +