Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.11.2022  12:00 

Moskvada kirayə evlər sürətlə ucuzlaşır





A+  A-

2022-ci ilin oktyabr ayında Moskvada uzunmüddətli kirayə evlərin qiyməti 20 faiz aşağı düşüb. İndi bir otaqlı mənzili orta hesabla 40 min rubla, iki otaqlı mənzili 60 min rubla, üç otaqlı mənzili isə 100 min rubla kirayə vermək olar.

XəzərNews.az xəbər verir ki, bu barədə araşdırmanı “Avito Real Estate” təqdim edib.

Analitiklər həmçinin paytaxtın kirayə üçün ən sərfəli mənzillərin olduğu əraziləri də sıralayıb.

Oktyabr ayı üçün məlumatlar göstərir ki, Moskvada ən ucuz seçimlər paytaxtın şimalındakı Molzaninovski rayonunda yerləşir. Orada bir mənzil kirayəsi orta hesabla 35 min rubla başa gəlir.

İlk beşliyə, həmçinin bir aylıq icarə haqqı 37 min rubl olan Yaroslavski rayonu, həmçinin Kosino-Uxtomski rayonu , Nekrasovka (Cənub İnzibati Dairəsi) və Biryulyovo Zapadnoye (Cənub İnzibati Dairəsi) daxildir - onların hər birində, mənzillər orta hesabla 38 min rubla icarəyə verilir.

Qeyd edək ki, Rusiya - Ukrayna müharibəsi Moskvada müvəqəti yaşayan miqrantların öz ölkələrinə köç etmələrinə səbəb olub. Rusiyada bir ay əvvəl başlanan səfərbərlik də gənc miqrantları öz ölkələrinə qayıtmalarına səbəb olub. Nəticədə Rusiyanın digər bölgələri ilə yanaşı Moskvada da kirayə evlər boşaldılıb.

İsmayıl
XəzərNews.az

Xəbər 2721 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +