Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


21.09.2021  14:42 

Kirayə evlərin qiymətləri nə qədər artıb?





A+  A-

Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.


XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, kirayə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8,33 manatdan 8,36 manata yüksəlib. O qeyd edib ki, ay ərzində artım 0,36 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47 faiz təşkil edib.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində dərslərin açılması da kirayə mənzillərin qiymətinə təsir edib. Hətta tələbələrin bir hissəsi dərslərin bərpa olunması elan olunmazdan əvvəl kirayə mənzillər tutmuşdular.

Əmlak üzrə ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.

Xəbər 3588 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +