Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


01.09.2021  10:46 

Qazaxıstanda partlayışın olduğu ərazidə fövqəladə vəziyyət elan olundu





A+  A-

Qazaxıstanın Jambıl vilayətinin rəhbərliyi Bayzak rayonunda fövqəladə vəziyyət elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı vilayətin rəhbəri Berdibek Saparbayev verib.

Məlumata əsasən, avqustun 26-sı Jambıl vilayətində hərbi hissələrin birinin anbarında baş vermiş yanğın və partlayışla əlaqədar olaraq həmin bölgədə fövqəladə vəziyyət elan olunub.

Bununla yanaşı, fövqəladə vəziyyətlə əlaqədar olaraq baş vermiş insidentin nəticələrinin aradan qaldırılması üçün region rəhbərinin müavini Talqat Mamayev bu məsələ üzrə məsul şəxs təyin olunub.

Qeyd edək ki, Jambıl vilayətində hərbi anbarda baş vermiş yanğın və partlayışlar nəticəsində 15 nəfər həlak olub. İnsidentin ardınca ölkənin müdafiə naziri Nurlan Yermekbayev istefa verməyə hazır olduğunu elan etmişdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünən N. Yermekbayevin istefasını qəbul edib və onun əvəzinə bu vəzifəyə Murat Bektanovu təyin edib.



Xəbər 3973 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +