Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


09.08.2021  17:25 

Azərbaycanda narkomanların sayı açıqlandı





A+  A-

Azərbaycan üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edir.
XəzərNews.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun 2021-ci ilin 6 ayı ilə bağlı hesabatında qeyd olunub.

Qeyd olunub ki, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülmüş, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.


Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).

Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir.

Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.

Xəbər 4091 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +