Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


13.02.2021  17:11 

“65 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam etdirilir” - TƏBİB





A+  A-

Fevralın 8-dən başlanan 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə COVID-19-a qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb:

“Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb.Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.

Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamına əsasən, pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə fəaliyyət göstərir.

Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilir”.

Qeyd edək ki, peyvəndlənmə prosesinə yanvarın 18-dən etibarən başlanılıb və ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi həyata keçirilib.

Xəbər 4473 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +