Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.09.2020  16:58 

Təhsil Nazirliyinə yeni səlahiyyət verildi





A+  A-

Prezident İlham Əliyev 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, Fərmanın 5- ci bəndi yeni redaksiyada verilir. Belə ki, 5- ci bəndə əsasən nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Qeyd edək ki, əvvəlki əsasnamədə yalnız nazirliyin saxlanması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi.

Bundan əlavə, Əsasnaməyə iki yeni bənd əlavə edilib. 13.4-1-ci bənddə bildirilir ki, nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

13.4-2-ci bəndə əsasən isə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.

Xəbər 3597 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +