Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


09.07.2019  11:56 

8 nəfərin öldüyü qəza necə baş verib? - Sürücü sağdır





A+  A-

Masallıda 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında sürücü sağ qalıb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.

Son dəqiqləşdirmələrə görə, qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyitlər müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər:

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il

2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il

3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il

4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il

5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il

6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il

7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il

8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar:

1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il

2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci

Xatırladaq ki, bu gün səhər saatlarında “Mercedes” markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +