Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


08.04.2019  15:17 

10 milyonuncu vətəndaşın anadan olması münasibəti ilə tədbir keçirilib - Füzulidə





A+  A-

Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. Tədbirdə RİH əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
XəzərNews.az xəbər verir ki, tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirilib. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib.

Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırıb.

Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Füzuli Dram teatrının aktyorlarının ifasında “Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.

Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.

Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.





Xəbər 3095 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +