Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


23.10.2018  20:28 

Başqalarının evində yaşayan köçkünlər o mənzillərdən çıxarılacaq





A+  A-

Digər vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.
XəzərNews.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.

Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər 2961 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +