Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.10.2018  13:32 

Camal Kaşıkçının cəsədi tapıldı





A+  A-

Türkiyədə itkin düşən ərəb əsilli jurnalist Camal Kaşıkçının cəsədi tapılıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistin cəsədi su quyusundan tapılıb. Məlumatı “Vətən” partiyasının sədri Doğu Perinçek açıqlayıb.

Cəsədin tapıldığı su quyusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisində yerləşir.

Xatırladaq ki, “Wasington Post” qəzetinin əməkdaşı olan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb. O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Səudiyyə Krallığı jurnalsitin ölüm faktını yalnız 18 gün sonra təsdiqləmişdi. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.

Camal Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fərqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

Xəbər 3284 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +