Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.09.2018  22:27 

Polis Şöbəsindəki ölümün səbəbi açıqlandı





A+  A-

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.
XəzərNews.az xəbər verir ki, komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:

“E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Komitə sədri deyib ki, E.Axundov əvvəllər 3 dəfə məhkum olunub.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 3220 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +