Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


24.09.2018  14:56 

Rusiya Suriyaya S-300 raketləri yerləşdirir





A+  A-

Rusiya Suriyaya S-300 hava hücumundan müdafiə komplekslərini vermək qərarına gəlib.
XəzərNews.az “Ria Novosti” agentliyinə istinadın xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki həftə ərzində bunun baş tutacağını bildirib.

S-300 kompleksinin Suriyanın hava hücumundan müdafiəsini təmin edəcəyi qeyd edilir.

Nazir bu kompleksin Suriyaya verilməsini 2013-cü ildə dayandırıldığını diqqətə çəkərək, hazırda şəraitin dəyişdiyini bəyan edib. Şoyqu bunun səbəbini Moskvada axtrılmamalı olduğunu da vurğulayıb.

Xatırladaq ki, sentyabrın 17-də Suriyanın hava sərhədlərində Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarəsi Suriya qüvvələri tərəfindən S-200 kompleksi ilə vurulub. Bu hadisənin istənmədən baş verdiyi və burada İsrail qırıcılarını provokasiyasının olduğu bildirilir. Rusiya bu hadisədə bütün məsuliyyətin İsrailin üzərinə düşdüyünü bəyan edib.

Qeyd edək ki, İsrail tərəfi S-300 kompleksinin Suriyaya verilməsi məsələsinə şərh verməkdən imtina edib.

Xəbər 2943 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +