Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


31.01.2018  13:28 

Bu müəllimlər işdən çıxarılacaq





A+  A-

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.

Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq.

Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür.

Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir.

Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.

Xəbər 2753 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +