Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.07.2017  17:34 

Türkiyədən erməni təxribatına - Sərt reaksiya





A+  A-

Türkiyə Ermənistanın təxribatı nəticəsində dünən Azərbaycan tərəfindən 2 mülki vətəndaşın ölməsini şiddətlə qınayıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb:

“İyulun 4-ü saat 20.40-da Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən top atəşinə tutulmasını və nəticədə kənd sakinlərindən 50 yaşlı qadınla 2 yaşlı nəvəsinin ölməsini şiddətlə qınayırıq”.

Türkiyə xain hücumda ölən azərbaycanlı qardaşlarına Allahdan rəhmət diləyib:

“Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal altında tutan Ermənistanın sərhəd bölgələrində ağır silahlarla yol verdiyi təxribatlar beynəlxalq hüquqa və insani dəyərlərə zidd şəkildə mülki şəxsləri, xüsusən qadın və uşaqları hədəf aldığını açıq şəkildə göstərib”.

Xəbər 2673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +