Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


05.07.2017  12:03 

“Bizdə komanda yoxdur” - Roman Qriqorçuk





A+  A-

“Bu matçın olmasına görə şadam. Bizim üçün “Dinamo” böyük avtoritetdi, ona həmişə belə yanaşacağıq. Biz minnətdarıq ki, belə komandayla oynaya bildik”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra həmin klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Avstriyanın Zalsburq bölgəsindəki təlim-məşq toplanışında həmyerliləri ilə keçirdikləri matç haqda təəssüratlarını bölüşən ukraynalı mütəxəssis qarşılaşma haqda fikir söyləməyin çətin olduğunu söyləyib: "Çünki belə götürəndə, bizdə yeni komandadı. Futbolçuları yığdıq, komandaya dəvət etdik. Belə baxanda, onarın imkanlarını hələ bilmirik. Bu matçda meydanda elə çox şey vardı ki, onları təhlil etdik çətindi: nizamsızlıq...hətta danışmaq istəmirəm. Yaxşı odur ki, matç vardı. Biz özümüzü "Dinamo"nun fonunda gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdu, onu yaratmaq üçünsə çox az vaxtımız var".

Qriqorçuk Kiyev "Dinamo"sunun gəncləri haqda xoş sözlər deyib: "Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensial görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdi. Bütün futbolçular sürətlidi və futbol intelektinə malikdi. Mən böyük potensial görürəm. Düşünmürəm ki, "Dinamo"dan kimsə bizə keçə bilər, mən bunu heç yaxına buraxmıram. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz bu hala şad olardıq. "Dinamo"nun istənilən futbolçusu bizə köməkçi olardı".

Xəbər 3537 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +