Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert


02.05.2017  22:27 

Bakıda qadın sərnişin sürücüyə hücum etdi - Dayanacağa görə + VİDEO





A+  A-

"61 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda çəkilən bu videoda sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənar saxlamasını tələb edir".
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yazıb.

O bildirib ki, sürücü isə vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişinin bu istəyini yerinə yetirməyib:

"Belə olan halda o, sürücünü təhqir edir və ən dəhşətlisi isə hərəkətdə olan avtobusu idarə edən sürücüyə hücum edib. Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin bununla özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.

Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçiririk. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünür ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir".


Xəbər 2579 dəfə oxunub.





04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +