Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


09.03.2025  14:35 

Türkiyə “Avropa ölkəsi”ndən “Yaxın Şərq ölkəsi”nə dəyişdirilir - TƏKLİF





A+  A-

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyənin adının “Avropa ölkəsi”ndən “Yaxın Şərq ölkəsi”nə dəyişdirilməsi ilə bağlı qanun layihəsini təqdim ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə Jewish Insider yazıb.

Yunanıstan-İsrail ittifaqının himayəsi altında təqdim edilən bəyanatda bildirilir ki, Türkiyə təcavüzkar ölkə Rusiya, Çin və İranla əlaqələri artırır və hərəkətləri “Qərbin təhlükəsizlik maraqlarına tamamilə zidd olan” Fələstinin terror qruplaşması Həmas-a dəstək verir.

Sənədin təşəbbüskarları İllinoys ştatından demokrat Brad Şnayder və Florida ştatından respublikaçı Qus Bilirakis hesab edirlər ki, belə bir addım Ankaraya işarə etməlidir ki, Vaşinqton Türkiyənin anti-Qərb mövqeyini, xüsusən də onun Yaxın Şərq tərəfinə keçməsini qeydə alır və guya Avropa artıq onun üçün prioritet deyil.

Təklif qəbul olunarsa, Türkiyə İran, Suriya və Liviya ilə eyni kateqoriyaya düşəcək.

Türkiyə prezidenti Rəcəb Ərdoğan Amerikanın maraqlarına zidd hərəkət etməkdə və regionda qeyri-sabitliyi təşviq etməkdə ittiham olunur.

“Ərdoğan hökuməti HƏMAS yaraqlılarını gizlədir, Putinin döyüş maşınına dəstək verir və Qərb müttəfiqinin imtiyazlarını tələb etməyə davam edərkən NATO birliyinə mane olur”, - Şnayder bildirib.

Bilirakis Türkiyəni beynəlxalq hüquqa ardıcıl və tam məhəl qoymamaqda ittiham edib.



Xəbər 3018 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +