Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi


22.01.2025  11:02 

İmişlidəki qəzada yaralanan məktəbli vəfat etdi





A+  A-

İmişlidə yol qəzasında xəsarət almış azyaşlı qız Bakıda vəfat edib.

XəzərNews xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"18 yanvar 2025-ci il tarixində İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22 yanvar 2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb" - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.

Xəbər 4623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +