Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.11.2017  14:08 

Rus qırıcıları Suriyanı bombaladı





A+  A-

Rus qırıcıları Suriyanın şərqindəki Deir əz-Zor əyalətində bir kəndi bombalaması nəticəsində 21-i uşaq olmaqla 53 sivil həlak olub, onlarla yaralı var.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər veirr ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi məlumat yayıb. Hücum zamanı Əl-Şafah kəndi hədəf alınıb. Əl-Şafah İŞİD-in nəzarətində saxladığı bir neçə kənddən biri idi. Rusiya İŞİD-çilərin hədəf alındığını iddia etsə də, kənddə sadə vətəndaşların da yaşadığı binaların vurulduğu qeyd edilib.

Mərkəzin direktoru Rami Abdel Rəhman ölü sayının arta biləcəyini söyləyib.

Mərkəzin yaydığı məlumatda həmçinin bildirilir ki, bazar günü Şam şəhərinin ətraf məhəllələrinin də bombalanıb və hadisə zamanı 23 nəfər ölüb.

Qeyd edək ki, Suriya ordusu noyabrın əvvəllərində İŞİD-in əlində qalan sonuncu Əlbu-Kamal şəhərini də geri qaytardığını açıqlayaraq zəfər elan etmişdi.

Xəbər 1370 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +