Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


10.04.2018  23:28 

Dövlət büdcəsində 155 mln. manata yaxın qalıq yaranıb





A+  A-

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxili 4 562,9 mln. manat, məxarici isə 4 408 mln. manat təşkil edib. Son nəticədə büdcədə 154,9 mln. manatlıq qalıq yaranıb.
XəzərNews.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 3 ay ərzində büdcə gəlirləri proqnozdan 3% çox olub.

Vergilər Nazirliyindən büdcəyə 1 436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və yaxud 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Dövlət Gömrük Komitəsi isə büdcəyə 726,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% və yaxud 155,8 mln. manat çoxdur. Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 79,3 mln. manat təşkil edib. Sair daxilolmalar isə 21,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71% və yaxud 8,8 mln. manat çoxdur. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 2 299 mln. manat vəsait transfert edilib.

Yanvar-mart ayları ərzində büdcə xərcləri isə proqnozdan 8,8% çox olub. Xərclərin 40%-i və yaxud 1 761,3 mln. manatı sosialyönümlü (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirməyə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və yaxud 125,6 mln. manat çoxdur. Xərclərin 2 299,1 mln. manatı və yaxud 52,2%-i cari xərclər, 1 627,2 mln. manatı və yaxud 36,9%-i əsaslı xərclər, 481,7 mln. manatı və yaxud 10,9%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərdir. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilib. Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

I rüb ərzində icmal büdcənin gəlirləri 7 062,5 mln. manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 25% çox, xərcləri isə 4 757,9 mln. manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% çox olub. Son nəticədə icmal büdcədə 2 304,6 mln. manatlıq qalıb yaranıb.

Xəbər 3464 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +