Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


26.05.2025  20:32 

Rusiya ukraynalı nazirin Bakıya gəlişini niyə həzm edə bilmir?





A+  A-

Bakıya bir çox ölkələrin xarici işlər nazirləri, müxtəlif ranqlı diplomatları gəlib gedir. İşçi (və ya işgüzar) xarakter daşıyan həmin səfərlərin əksəriyyəti nə publikanın, nədəki analitiklərin və medianın diqqətini cəlb edir.

Ancaq Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın isə paytaxtımıza iki günlük səfərə gəlməsi sözün əsl mənasında böyük rezonansa, ajiotaja səbəb oldu (ələlxüsus da Rusiya mediasında və analitiklər camiəsində).

Bəzi internet kanallarında isə hətta "Qərbə doğru dönüş: Аzərbaycan Rusiya-Ukrayna münaqişəsində tərəfini seçir?", "Açıq-gizli səfər: Аzərbaycan və Ukrayna - yeni tərəfdaşlıq, yoxsa təhlükəli oyun?" səpkili qışqıran başlıqlarla sifarişli təhlillər də yayımlandı.

Bir sözlə, Rusiyada ictimai rəyi formalaşıran KİV və analitiklərin, siyasi şərhçilərin əksəriyyəti Ukraynanın baş diplomatının son 3 ildə ilk dəfə, özü də Cənubi Qafqaz respublikaları arasında yalnız Azərbaycana səfər etməsini regionda geosiyasi tendensiyaların və qüvvələr nisbətinin dəyişməsi fonunda Azərbaycanın Rusiya-Ukrayna konfliktində konkret olaraq öz tərəfini seçməsindən tutmuş, Rusiya ilə müttəfiqlik münasibətlərinə "xəyanət" kimi dəyərləndirməyə qədər irəli getdilər və bu səfərin arxasında gizli motivlər axtarmağa, xarici "oyunçu"ların izlərini üzə çıxarmağa çalışdılar.

Ona görə də hazırda Rusiyanın hakim elitasında və ekspert camiəsində çox az sayda adekvat insanlar var ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini az-çox obyektiv qiymətləndirməyə cəhd göstərirlər.

Buna misal olaraq, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimovun Lenta..ru-ya müsahibəsində səsləndirdiyi fikirləri göstərmək olar.

A.Klimov məsələyə belə yanaşır:

"Azərbaycan Ukraynanı siyasi səbəblərə görə dəstəkləyir. Yada salaq ki, Azərbaycan, Türkiyə və bir sıra digər dövlətlər Ukrayna ilə bu və ya digər şəkildə əməkdaşlıq edir. Hindistan da. Görün, bu gün Kiyevdə nə qədər səfirlik fəaliyyət göstərir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan, yəni Rusiya Federasiyası ilə eyni müdafiə ittifaqında olan ölkələr də Ukraynanın ərazi bütövlüyünü “özlərinin başa düşdüyü kimi” dəstəkləyiblər. Lakin Azərbaycan KTMT-nin üzvü deyil. Mən bütün bunları istisna etməzdim, çünki bu, müasir dünyamızın bir hissəsidir. Bu, hər şeydən əvvəl siyasətdir, domino oyunu deyil".

Göründüyü kimi hətta öz obyektivliyini qoruyub saxlamağa çalışan Andrey Klimovun da fikirlərində kifayət qədər mübahisəli məqamlar var, lakin bir çox çılğın və şovinist rusiyalı ekspertlərdən fərqli olaraq o, hər halda Azərbaycanın Ukraynanı dəstəkləməsinin səbəbini mümkün qədər neytral izah etməyə çalışıb və Azərbaycanın nəyə görə münaqişədə tərəf seçməsinin mötivlərini öz bildiyi kimi təhlil edib.

Lakin əsl səbəb isə budur ki, bu gün Putin Rusiyası keçmiş sovet respublikalarına qarşı (xüsusən də Azərbaycana münasibətdə) səhv siyasət yürüdür, köhnə imperiya mövqeyindən çıxış edir, öz hegemonluğunu qəbul etdirməyə çalışır. Bütün bunlar yersiz və iyrənc cəhdlərdir. Rusiya bu mövqeyi ilə dostlarını, müttəfiqlərini itirir. Kremldə oturan naftalinli beyinlər isə hələ də anlaya bilmirlər ki, artıq sovet dövrü çoxdan geridə qalıb, dünya isə kökündən dəyişib və hər gün də dəyişməyə davam edir. Bu gün hər bir müstəqil respublika suveren siyasət yürütmək ixtiyarına, öz milli maraqlarından çıxış edərək tərəfini müəyyənləşdirmək, müttəfiqlərini seçmək hüququna malikdir. Moskva heç bir postsovet respublikasına kimlə müttəfiq olmağı diktə edə bilməz.

Konkret Azərbaycana gəldikdə isə, AZAL-ın təyyarəsinin vurulmasından sonra Rusiya rəhbərliyinin ədalətsiz mövqe sərgiləməsi, habelə Rusiya tərəfindən ölkəmizə qarşı kiberhücumların təşkil edilməsi və bir deputatımızın Moskvada hava limanında saxlanılaraq geri qaytarılması kimi qeyri-dost davranışları istər-istəməz Bakını hər şeyi yenidən nəzərdən keçirməyə, müttəfiqlərini saf-çürük etməyə və Rusiyanın davranışlarını da ona müvafiq tərzdə qiymətləndirməyə vadar edir. Necə deyərlər, nə əkərsən, onu da biçərsən.

Bəli, Kreml bu gün geosiyasət müstəvisində öz əkdiklərini biçir. Ona görə də rusiyalı ekspertlər bu gün Bakının yox, Kremlin yaxasından yapışmalı, Putinin sərsəm siyasətini ittiham etməlidirlər.

P.S.
Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyi bərpa etməyin nə demək olduğunu çox gözəl bilən və bunu gerçəkləşdirməyi bacaran bir ölkə kimi haqlı olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Rusiyanın işğalçı siyasətinə "yox!" deyir.

P.P.S.
Azərbaycan Ukraynaya humanitar yardımı bundan sonra da davam etdirəcək və həmçinin, 10-11 iyun tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında da iştirak edəcək.

Bəybala Mirzəyev

Xəbər 2491 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +