Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov


04.06.2022  11:44 

Deputat naziri müdafiə etdi - Qazi məsələsi böyüyür





A+  A-

"Çox düşündüm ki, yazım, yoxsa yox. Qərar verdim ki, deputat olaraq bütün məsələlərə mövqe açıqlamaq vacibdir. Bu mövqe xoşa gələ də, gəlməyə də bilər. Amma, doğruları və görünən reallıqları demək lazımdır".

XəzərNews.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, dünən bir qrup müharibə iştirakçısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını sındırıb içəri daxil olmasını pis nümunə hesab edirəm və bu, yolverilməzdir. Bütün müharibə iştirakçısının yanında olmuşam, sözlərini demişəm, amma zorakılığı, təhqiri və insan ləyaqətinin alçaldılmasını qəbul etmirəm:

"Əlillik təyinatı ilə bağlı problemlər var. Xeyli insan qurunun oduna da yanıb və hər gün ən azi 2-3 nəfərlə bağlı araşdırma aparır və aidiyyatı üzrə müraciət edirəm. Haqlı məsələlərin, əsasən 90 faizi həll edilir. Amma, bu məsələ sistemli şəkildə gərək həll olunsun ki, bu tip narazılıq yaranmasın.

Nazir Sahil Babayev dövlət tərəfindən qəbul edilən və qarşısında tapşırıq kimi qoyulan məsələləri həll edir. Bu gün ən ağır yük, təzyiq və stres onun üzərindədir.

Mənim zənnimcə, o üzərinə qoyulan vəzifəni dürüst yerinə yetirmək üçün çalışır, amma problem o qədər dərindir ki, o qədər kök atıb ki, istər-istəməz təmizlik aparan zaman təmizliyə ehtiyacı olmayanları da vurub qırmalı olursan. Mən Sahil Babayevin təhqir olunmasını və üzərinə bu qədər gedilməsini qınayıram və bunu ciddi yanlış hesab edirəm.

Müharibə veteranları var ki, doğurdan da ailəsini dolandıra bilmir, işə, dərmana, ləyaqətli yaşayışa ehtiyacı var. Çoxu da bunu əlillik almaqda görür ki, aylıq qazancı olsun. Mənə də müraciət edənlər arasında görürəm ki, sağlamlıq durumu əlillik üçün təminat yaratmır. Bu cür tələb edənləri də kənara qoya bilmərik. Onlara konkret qazanc yeri vermək, yaxşı əmək haqqı verilən işə düzəltmək, digər ehtiyaclarını ödəmək gərəkdir.

Mən polisə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Nə qədər korrekt, mülayim və anlaşıqlı yanaşdı. Həqiqətən də Azərbaycan polisində inqilabi dəyişikliklər gedir və buna görə nazir Vilayət Eyvazova təşəkkür edirəm".

Xəbər 3384 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +