Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


15.02.2022  12:42 

Deputat: “Rəhbər gözdən salınanda, xalq küçələrə axışır”





A+  A-

“Heç zaman deməmişəm ki, hamı rüşvətxor, hamı ucdantutma dövləti, büdcəni talayır. Amma, həm də demirəm ki, hər kəs doğru-dürüst işləyir. Xeyli problemlər var, işinin öhdəsindən gəlməyənlər var”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O, qeyd edib ki, ucdantutma hər kəsi hədəfə almaq yolverilməzdir:

“Məqsəd isə birdir. Prezident İlham Əliyevi, Birinci Vitse-prezident Mehriban Əliyevanı hədəf almaq, hörmətdən, gözdən salmaq. Bu isə dünyada işlənmiş metodologiyadır. Rəhbər gözdən salınanda, xalq küçələrə axışır. İstək isə budur. Xalq küçələrə axışsın, yıxıb-töksün və rəngli inqilab baş versin. Mən Milli Cəbhə Partiyasının sədriyəm, bu hökumətə, bu iqtidara az qala radikal müxalifətdəyəm. Amma, Azərbaycan adlı dövlətimizə, azərbaycanlılara müxalifətçilik edə bilmərəm. Hazırda Prezidentə qarşı aparılan iyrənc kampaniyanı ölkəmiz və gələcəyimiz üçün ziyanlı hesab edirəm. Biz hələ Qarabağ yarasını tam həll edə bilməmişik, Xankəndində erməni birləşmələri var, Ermənistanla sərhədlərimiz müəyyən edilməyib, Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmayıb, Naxçıvana quru sərhəddi əldə edə bilməmişik”.

R.Nurullayev qeyd edib ki, bu gün bizi rahatladan Şuşa bəyannaməsidir:

“Onun imzalanmasına kim nail olub? İndiki Prezident. İndiki Prezident də başlanan işləri daha rahat sona çatdırmaq imkanındadır, Qarabağa böyük qayıdış həyata keçirilmədən zəfərimiz tam deyil. İndiki halda bunu həyata keçirə bilən və dünya güclərinin qarşısında dözmlə dayana bilən odur. Haqqı niyə deməyək ki.
Təklif edirəm ki, bu məsələləri hər zaman ara-sıra müzakirə edək və ümumi olaraq isə bu məsələyə aid xüsusi bir iclas keçirək. Biz də danışaq, biz də müzakirə edək. Belə olmasın ki, onlar danışır, təhqir edir, biz dinləyirik. Sonra gec ola bilər. 2010-cu illərin abi-havası yaranır. Bütün narazı təbəqələri səfərbər edirlər. Şəhid anaları, ataları, bacı və qardaşları ilə işlər aparılır”.

Millət vəkili əlavə edib ki, biz konkret məsələlər üzrə işlər aparıb xalqın sosial rifahının yaxşılaşmasına nail olaq, siyasi və vətəndaş cəmiyyəti insitutlarını, demokratik təsisatları gücləndiurək:

“Bizim güclü, Titan kimi dövləti çiyinlərində saxlayan alt-yapımız olmalıdır.
Ukraynada baş verənlərdən dərs almaq istəməyənlər, bu dövləti sevməyənlərdir. Kreslo davası aparmaq olar, amma o kresloda xalqın seçdiyi adam oturmalıdır”.

Xəbər 3430 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +