Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov


16.02.2017  15:08 

Bakı qəsəbələrində valideynlər 6-7-ci sinifdən sonra qızları dərsə buraxmırlar – RƏSMİ





A+  A-


“Bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Lakin məktəbdə də ailədaxili problemlərlə üzləşmək mümkündür. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya o qədər asan olmur”.

XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbələri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən dəyimi masada çıxış edərkən deyib.

Məhəbbət Vəliyeva bildirib ki, məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir.

“Lakin biz məktəbdə problemlə qarşılan uşaqlara kimin kömək edəcəyini düşünməliyik.  Bakı şəhərində İdarəmizin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilək, səviyyəsi müəyyənləşib. Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.

Təhsil İdarəsinin müdiri deyib ki, bu gün psixoloqlar məktəbdə çalışmaq istəmirlər.

“Bunun səbəbi əmək haqqının kiçik olmasıdır. Təxminən 180 manatın əmək haqqının müqabilində 2 minə yaxın şadirdi olan məktbədə 1 psixoloq fəaliyyət göstərir. Ailədaxili problemlərin artıdğını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Bu baxımdan müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırlanmasına çox ciddi ehtiyac var. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu göstərir. Bu baxımdan atalar maarifləndirilməlidir”.

M. Vəlieyeva qeyd edib ki, bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır.

“Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq. Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə yaşayanlar 6-7 sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlərin genişləndirililməlidir.

Misal üçün bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı, təhlükəsizliyi məsələsinə də diqqət artırlımalıdır”.

 



Xəbər 3687 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +