Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


02.04.2025  14:02 

“Evlərdə çat əmələ gəlib” - “ALMEP ENGINEERING GROUP”-dan şikayət





A+  A-

Məşhur şirkətin layihəsinin yarımçıq qalması sakinləri narazı salıb. Şirkət layihə üzrə nəzərdə tutulan iki binadan birini inşa edib. Digər bina tikilmədiyi üçün ətrafda yaşayan sakinlərin evləri qəzalı vəziyyətə düşüb.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, narazılıq Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində “ETO HOUSE” MTK tərəfindən həyata keçirilən layihə ilə bağlıdır.

Belə ki, layihə üzrə MTK tərəfindən ərazidə fərdi yaşayış evlərinin sökülərək orada hündürmətəbəli binaların tikintisi nəzərdə tutulub.

Təqdim etdiyimiz fotoda ərazidə tikintisi nəzərdə tutulan layihədir.

Fotoda görülən binalardan biri inşa edilib. Digərinin tikintisinə isə başlanmayıb. Bu vəziyyət də ətrafda yaşayan sakinləri narazı salıb.

Sakinlər bildiriblər ki, layihənin icrasına başlayan zaman sakinlərlə görüş olub.

Onlara mənzillərinin sökülərək yerində bina inşa ediləcəyi deyilib. Qarşılığında isə sakinlərə kompensasiya ödəniləcəyi və ya yeni tikiləcək binadan mənzillə təmin ediləcəkləri bildirilib.

Layihənin icrasına başlayan zaman işlər nəzərdə tutulan plan üzrə aparılmayıb və bir binanın tikintisi həyata keçirilib. Həmin ərazidə olan evlər sökülüb. Tikintiyə yaxın olan və ümumi layihədə sökülməsi nəzərdə tutulan 15-ə yaxın mənzil sökülməyib. Ərazidə aparılan tikinti işləri sakinləri narazı salıb, bəzi evlərdə çatlar əmələ gəlib.

“Bu qədər müddət toz-torpaq içində yaşamışıq. Gecə-gündüz tikintinin səsindən əziyyət çəkmişik. Bir çox evlər qəzalı vəziyyətdədir. İndi kimə də şikayət edirik baxan yoxdur”, - deyə sakinlər şikayətində bildirib.

Sakinlərin narazılığı və layihənin tam icra edilməməsinin səbəbi ilə bağlı şirkətin mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə üçün qeyd edilən nömrə zəng etsək də, cəhdimiz baş tutmadı.

“ETO HOUSE” MTK layihəsi məşhur “ALMEP ENGINEERING GROUP” şirkətinə məxsusdur. Bu şirkət Azərbaycanda bir çox dövlət layihələrinin icrasını həyata keçirib.

“ALMEP ENGINEERING GROUP” ölkədə tikintisini həyata keçirdiyi böyük layihələrə aşağıdakılar daxildir:

- Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

- Azərbaycan-Fransız Universiteti

- Əmlak Məsələləri Dövlət Komitəsi

- Bakı Avropa Liseyi

- Tofiq İsmayılov adına UGYS

- UNEC

- Memar Əcəmi metrostansiyası

- Quba rayonu Alekseyevka kəndində məktəb

- Nizami Gəncəvi Muzeyi

- Azərbaycan Texniki Universiteti

- Elmlər Akademiyası stansiyası


Bundan başqa, şirkət bir çox özəl şirkətin, restoranların, istirahət mərkəzlərinin tikintisini həyata keçirib.

Xəbər 1650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +