Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


18.04.2019  17:19 

Avtomobillər bahalaşa bilər – Ekspert səbəbi açıqladı





A+  A-

Hazırda maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, bu, hiss olunacaq qədər deyil.
XəzərNews.az bildirir ki, bu fikirləri Oxu.Az-a müsahibəsində nəqliyyat eksperti Elməddin Muradlı deyib.

“Bu ilin əvvəlində gömrük rüsumlarının artırılması avtomobillərin qiymətlərinin qalxmasına səbəb olmuşdu. Bəziləri ötən ilin sonunda rüsumların artırılmasından xəbərdar idilər və bunun üçün gömrük rüsumu aşağı olan vaxtda çoxlu sayda avtomobilləri ölkəyə gətirərək, baha qiymətə satmaq istəyirdilər.

Ancaq onların niyyəti baş tutmayıb. Hazırda həmin avtomobillər bazarda qismən aşağı qiymətə təklif olunur. Amma yenə də ötən illə müqayisədə, qiymətlər heç də ucuz hesab edilə bilməz”, – o bildirib.

Ekspertin sözlərinə görə, yerli avtomobillərin istehsal edilməsi bazardakı qiymətlərin də ucuzlaşmasına səbəb olan amillərdəndir.

“Çünki bir çox dövlət qurumları hazırda xidməti maşın kimi yerli istehsal olan avtomobillərdən istifadə edir. Bütün bunların fonunda avtomobillərin qiymətində tam olaraq ucuzlaşma gözləmirəm”, – o əlavə edib.

E.Muradlı qeyd edib ki, qiymətlər getdikcə bahalaşır, daha böyük bahalaşma gözlənilir:

“Çünki bildiyiniz kimi, ötən il dekabrın 27-də prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib. Beş illik dövlət proqramı çərçivəsində texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismardan yığışdırılması nəzərdə tutulub. Çox güman ki, dövlət bunu hansısa formada həyata keçirəcək”.

Ekspertin sözlərinə görə, bizim üçün ən optimal variant Rusiya modelidir:

“Rusiya köhnə avtomobilləri alıb, yeni maşınları güzəştli şərtlərlə vətəndaşlara verir. Amma Rusiyanın avtomobil istehsalı Azərbaycandan qat-qat yüksəkdir. Ona görə Rusiya bunu qarşılaya bilir, amma Azərbaycan üçün bu, müəyyən çətinliklər yaradacaq. Həm də inanmıram ki, bunu qısa müddətdə həll etmək mümkün olsun”.

E.Muradlının fikrincə, vəziyyətdən optimal çıxış yolu gömrük rüsumlarına və əlavə dəyər vergisinə yenidən baxılmasıdır.

Xəbər 1680 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +