Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


11.09.2018  12:49 

172 dövlət əmlakı hərraca çıxarılır





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən növbəti hərrac11 sentyabrda baş tutub.
ƏMKD-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, sİfarişçilər seçdikləri dövlət əmlakları üzrə prosesdə iştirak edib.

Bu dəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Bakı şəhəri, Nizami rayonunda yerləşir. A.Manafov küçəsi, 16 ünvanındakı bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 446.8 kv.m-dir. Müxtəlif xidmət sahələri üzrə əlverişli fəaliyyətə imkan verəcək bu obyekt üçün sifarişçi 90 min manat təklif edib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış ili 1996 və 2007-dir. İştirakçı sifariş verdiyi Vaz markalı avtomobil üçün 1000 manat təklif etdi. Mercedes Benz markalı nəqliyyat vasitəsinin isə hərracdakı yekun satış qiyməti 15 min 300 manat olub.

Rəsmi məlumata görə, Komitə tərəfindən növbəti hərrac 18 sentyabrda keçiriləcək. Növbəti hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Ərazi, ümumi faydalı sahə və digər xüsusiyyətlər üzrə müxtəlif olan bu dövlət əmlakları vətəndaşlara geniş seçim imkanı verir.

Hərracda iştirak etmək istəyən şəxslərin rahatlığı üçün prosedurlar tam elektronlaşdırılıb. Belə ki, komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalındakı (privatization.az) müvafiq keçiddə qeydiyyatdan keçən və seçdiyi əmlakın ilkin hərrac qiymətinin 10% məbləğində beh ödəyən şəxs hərracın iştirakçısına çevrilir. Elektron hərrac sistemi vasitəsilə sifarişçilər hərrac keçirilən məkana getmədən prosesdə onlayn formada iştirak edə bilər.

Xəbər 1901 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +