Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


22.12.2019  17:49 

DİM imtahan nəticələrini açıqladı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən XəzərNews.az-a məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 18 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən BA1 altqrupu üzrə – 6 nəfər; BA2 altqrupu üzrə – 13 nəfər; BA3 altqrupu üzrə – 38 nəfər; BA4 altqrupu üzrə – 75 nəfər; BB1 altqrupu üzrə – 83 nəfər; BB2 altqrupu üzrə – 118 nəfər; BB3 altqrupu üzrə – 222 nəfər; BB4 altqrupu üzrə – 283 nəfər olmaqla, ümumilikdə 838 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 24-dən yanvarın 9-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.



Xəbər 1465 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +