Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


24.03.2023  11:35 

“Talan həftəsi“ və Muxtarovun faciəli ölümü - Tarix





A+  A-

Bakıda aprel inqilabının ilk günləri idi. Bu günlərin birində Murtuza Muxtarovun Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir.

Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır.

İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən talanı "Talan həftəsi" adlandırırdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bərbəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar.

Soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi.

Şəhərdəki özbaşınalığı Muxtarov eşidir və görürdü.

Muxtarovların ailə həkimi olan almanın dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulan bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdı.

Təbiətcə çox məğrur olan Muxtarovun həyatı faciə ilə bitir.

Xalq yazıçısı Qılman İlkinin
“Bakı və bakılılar” kitabından...


Xəbər 1430 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +